Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Ölkəmizi layiqincə təmsil edəcəyinə əmindir

 

Emil Əhmədzadə 2000-ci ildə Bakıda anadan olub. Paytaxtdakı   Rauf  Hacıyev adına 15  nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinfində  fortepiano ixtisası üzrə  əməkdar mədəniyyət işçisi  Tamilla Məmmədovanın  sinfində təhsil alır. Yaşıdlarından istedadı ilə fərqlənən, bir çox  beynəlxalq  müsabiqə və festivalların qalibi olan  Emil Əhmədzadə ilk uğuruna 2011-ci ildə imza atıb. O, Rusiyanın ölkəmizdəki  səfirliyinin keçirdiyi  Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan VII Respublika baxış müsabiqəsində  rus klassik musiqisinin ən parlaq ifaçısı kimi II yerə layiq görülüb. 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən gənc pianoçuların II Respublika müsabiqəsində  iştirak edərək laureat adını qazanıb. Həmin il Almaniyada keçirilən "Münhen ulduzları", Macarıstanda  "Macar oyunları" və "Budapeşt ulduzları" beynəlxalq müsabiqələrində uğurlu iştirakına görə diplomlarla mükafatlandırılıb. Gənc istedad  xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi  "İstedad" mərkəzinin üzvüdür. O, Azərbaycan Respublikasının Ailə, Qadın və Usaq Problemləri üzrə Dövlət Komitəsinin təskil etdiyi "İstedadlı usaqlar festivalı-2013" layihəsi üzrə qazandığı uğurlarına, Moskvada V.Spivakov  adına XI Beynəlxalq festivalda və Çelyabinsk şəhərində "Dostluğun ipək yolu: mədəniyyətlərarası dialoq" adlı layihə çərçivəsində keçirilən festivallarda uğurlu ifalarına görə diplomlarla təltif edilib.

2014-cü ildə isə Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan zalında Gənclər gününə həsr olunmuş "Gəncliyin səsi " festivalında, həmçinin Gürcüstanda keçirilən pianoçuların VI  beynəlxalq müsabiqəsində uğurlarına görə diplomlarla  mükafatlandırılıb. 

Hazırda  Emil Əhmədzadə  Bakıdakı 214  nömrəli tam orta məktəbin IX sinfində təhsil alır.  Gələcəkdə də beynəlxalq  və müxtəlif nominasiyalar üzrə keçiriləcək  müsabiqələrdə ölkəmizi layiqincə təmsil edəcəyinə tam əmindir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov