Gələcəyin
layiqli qurucularının yetişdirilməsi sahəsində fəaliyyət
göstərən hər bir müəllim özünü elmi cəhətdən
təkmilləşdirməli, elmi ədəbiyyatı müntəzəm olaraq
izləməli, yəni təhsilini fasiləsiz olaraq davam
etdirməli, digər tərəfdən isə pedaqoji ustalığını
artırmalıdır. Peşəkar müəllimlə bərabər təlim
prosesində ən əsas resurs olan dərsliklər də zamanın
tələblərinə cavab verməlidir. Dərslik təhsil prosesində
müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və
üzvi şəkildə əlaqələndirilməsini təmin edir.
Keçmiş dərsliklərdən fərqli olaraq yeni dərsliklərin bir
sıra əsas xüsusiyyətləri var. Yeni dərsliklər:
şagirdlərin məntiqi və yaradıcı təfəkkürünü inkişaf
etdirir, təlim marağını gücləndirir, şagirdləri
axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir;
tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların
formalaşmasına zəmin yaradır;
fəndaxili və fənlərarası inteqrasiya imkanlarını
genişləndirir;
şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına
şərait yaradır;
inklüzivlik prinsipləri gözlənilir.
Bu baxımdan İnnovativ Tədris Mənbələri şirkəti
tərəfindən hazırlanan multimedia resursları qeyd olunan
problemin həllində atılan ilk addımlardan biridir. Belə
elektron dərsliklər nəinki, deyildiyi kimi, şagirdlərin
gündəlik yükünü azaldacaq, eyni zamanda bir sıra müsbət
cəhətləri ilə onların müstəqil olaraq bilik və
bacarıqlar əldə etmələrinə daha geniş imkanlar
açacaqdır.
Multimedia tədris resurslarının hər bir səhifəsində qeyd
olunan işarələrin köməyi ilə şagird resurslar üzrə
sərbəst işləyir.
Multimedia tədris resurslarının ən üstün cəhəti ondan
ibarətdir ki, şagird müəllimin köməyi olmadan mətndə
verilən şəkilləri müvafiq işarənin köməyi ilə
canlandırır və həmin şəkillər üzrə əlavə məlumatlar əldə
edir. Bu məlumatlar şagirdlərin mətn üzrə daha çox
informasiya əldə etməsinə şərait yaradır. Adi
dərsliklərdə şəkillər üzrə yalnız passiv məlumat
alırdılarsa, multimedia tədris resurslarındakı şəkillər
dinamikdir, şagirdlər sanki şəkillərlə ünsiyyət qurur,
hər hansı canlı və cansız varlıqların təbiətdəki fərqli
xüsusiyyətlərini daha yaxşı müşahidə edir, təbiət
hadisələrini daha düzgün fərqləndiriə bilirlər. Bu
görüntülər mətn üzrə işlədiyi zaman şagirdin tez
yorulmasının qarşısını alır, dərs onun üçün daha
maraqlı və rəngarəng olur. Qeyd olunmalıdır ki,
multimedia tədris resursları metodik cəhətdən də yeni
dərsliklərin xüsusiyyətlərinə uyğun hazırlanmışdır.
Mətnlərdə verilən şəkillər mətnin yaxşı mənimsənilməsinə
çox kömək edir.
Bundan başqa, bu resurslarda uyğun işarənin köməyi ilə
şagird ani bir vaxtda mündəricat hissəsinə keçərək
istənilən mövzunu səhifə üzrə seçə bilər. Bu da şagirdin
dərslik üzrə işləyərkən vaxta qənaət etməsinə imkan
verir.
Multimedia tədris resurslarının üstün cəhətlərindən biri
də təlim prosesində inklüzivliyin gözlənilməsidir. Yəni
dərsliyin hər səhifəsində müvafiq işarənin köməyi ilə
səhifədə diktor mətninin oxunuşu və xüsusi əl işarələri
ilə eşitmə və nitq qüsuru olan uşaqlar asanlıqla
mövzuda nədən bəhs olunduğunu dərk edir. Bu da xüsusi
qayğıya ehtiyacı olan uşaqların təlim prosesinə marağını
artırır və onların işini daha da asanlaşdırır.
Hazırlanan resurslar fənlər üzrə hər biri bir fləş karta
yüklənib. İstifadəçi onu özü ilə istədiyi yerə apara və
orada da imkan olduğu halda internetsiz öz dərsləri
üzərində işləyə bilər. Bu resurslar şagirdlərdə İKT
bacarıqlarının erkən yaş dövrlərində formalaşmasına
imkan yaradır.
Sevda TAĞIYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş metodisti = |