Şamaxı rayonunun ümumtəhsil məktəblərinin XI sinif
şagirdləri ümummilli liderimizin zəngin irsinin
öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində keçilən
dərslərdə fəal iştirak edirlər.
Növbəti dərsin iştirakçıları şəhərdəki 2 nömrəli tam
orta məktəbin XI sinif şagirdləri olublar. Tarix
müəllimi Gülşən Mustafayevanın keçdiyi dərsdə
"Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX
əsrdə xalqımızın ən böyük nailiyyətidir" mövzusu tədris
edilib.
Məktəblilər ulu öndərin Azərbaycanda siyasi hakimiyyətdə
olduğu dövrlərdə, xüsusilə xalqın təkidli tələbi ilə
ikinci dəfə ölkəyə rəhbərliyi zamanı uzaqgörənliklə,
zəngin dövlətçilik bacarığı ilə yerinə yetirdiyi böyük
missiya barədə konkret məlumatları sonsuz maraqla
dinləyiblər. Qeyd olunub ki, bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın regionun
ən qüdrətli dövlətinə çevrilməsi, dünyanın ən sürətlə
inkişaf edən ölkələri sırasına çıxması məhz ulu öndər
Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı
uğurlu sosial-iqtisadi strategiyanın bəhrəsidir. Dərs
prosesində şagirdlərə ətraflı izahatlar verilib.
Sonda məktəbliləri maraqlandıran suallar
cavablandırılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |