Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Kitabxanada Azərbaycan dili fənnindən "açıq dərs"

 

Böyütmək üçün seçinNoyabrın 25-də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "açıq dərs" keçirildi. Dərs Bakıdakı 189-190 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Rzayeva tərəfindən həmin məktəbin rus bölməsinin 7 "f" sinfilə birlikdə aparıldı. Azərbaycan dili fənni üzrə qoyulan mövzu "Kitabi-Dədə Qorqud dastanı"ndan "Qazılıq qoca oğlu Yeynək boyu"na həsr olunmuşdu. Burada əsas məqsəd tarixi keçmişimiz, adət-ənənələrimiz  haqqında məlumat verən, böyüyə, ata-anaya hörmət hissi aşılayan boyla şagirdləri yaxından tanış etmək idi.

Dərs zamanı interaktiv fənn materiallarından, İKT-dən istifadə olundu, slaydlar və "Dədə Qorqud" filmindən  kadrlar göstərildi. 

Mərkəzi Kitabxananın sistem inzibatçısı Sevda Məmmədova kitabxananın fondunda mövzu ilə bağlı ədəbiyyatın biblioqrafik icmalını  keçirdi və  "Qədim Türk eposu; "Dədə Qorqud" adlı kitab sərgisini nümayiş etdirdi.  

Cəmilə SƏMƏDOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov