Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Uşaqların III ümumrespublika forumu haqqında fikirlərim

 

Fidan RÜSTƏMZADƏ,
Heydər Əliyev adına liseyin XI "b" sinif şagirdi
 

Uşaqların III ümumrespublika forumu bu il noyabrın 17-də Bakı şəhərində keçirildi. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından 350 nəfərə yaxın uşaq, o cümlədən xüsusi istedadı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar nümayəndə qismində iştirak etdilər.

Forum həm də bir uşağın onu düşündürən, narahat edən məsələləri dilə gətirməsi, problemlərin birgə həlli yollarını araşdırması məqsədi ilə keçirildi. Dövlətimiz tərəfindən həyata keçirilən belə forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirməsi üçün bir vasitəyə çevrilib. Həmçinin forum biz uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Forumda uşaqları daha çox maraqlandıran 7 mövzu seçildi və hər mövzuya uyğun qruplar təyin olundu. Mən "Ətraf mühitin mühafizəsi və sağlam həyat tərzi" əsasında yaradılmış qrupun rəhbəri idim. Biz işçi qrupumuz ilə birgə bizə verilən 2 saat ərzində çox aktiv müzakirələr apardıq, maraqlı fikirlər və təkliflər öyrəndik. Yekunda uşaqların və ekspertlərin fikirləri əsasında təqdimat hazırladıq. Həmin təqdimatı tədbir iştirakçıları və uşaqlara təqdim etdik. Ümidvaram ki, mövcud problemlərin həlli yolunda bizim də fikirlərimiz nəzərə alınacaq.

Nəhayət, mən belə fikirləşirəm ki, bu cür forumların keçirilməsi dövlətin biz uşaqlara və gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov