Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələr

 

Səbinə ŞAHBAZZADƏ,
Kaliforniya Berkli Universiteti

1986-cı ildə Bakıda anadan olub. 2002-ci ildə  İncəsənət Gimnaziyasını əla qiymətlərlə bitirib.  2007-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini marketinq ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Amerika Birləşmiş Ştatlarının Kaliforniya Berkli Universitetində magistratura təhsili alır.


Orxan HƏSƏNOV,
Kembric Universiteti
 

1991-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 6 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Böyük Britaniyanın  Nyukasl Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2013-2014-cü  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Kembric Universitetində  kimya mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.


Mətin İBRAHİMOV,
Harvard Universiteti

1983-cü ildə Sumqayıt şəhərində anadan olub.  2000-ci ildə Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyini əla qiymətlərlə bitirib. 2000-2006-cı illərdə Türkiyənin İstanbul Universitetinin tibb fakültəsində həkimlik ixtisası üzrə baza ali tibb təhsili dərəcəsi alıb. 2006-2012-ci illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində  qulaq-burun-boğaz cərrahı ixtisası üzrə rezidentura  təhsilini başa vurub. 2012-2014-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində qulaq-burun-boğaz xəstəlikləri üzrə ixtisasartırma təhsili alıb.


Fuad HACIYEV,
London İmperial Kolleci

1986-cı ildə Bakıda anadan olub. 2005-ci ildə Bakı Türk Anadolu Liseyini bitirib. 2010-cu ildə Qafqaz Universitetini mühəndis-proqramçı ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2013-2014-cü  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqramlaşdırma (kompüter mühəndisliyi) ixtisası üzrə magistr təhsilini başa vurub.


Nihad YOLÇUYEV,
London İmperial Kolleci
 

1990-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakıdakı  E.Quliyev adına  145 nömrəli tam orta məktəbi bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetini tətbiqi riyaziyyat ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-cü  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.


Kamran XAMMƏDOV,
London İmperial Kolleci
 

1991-ci ildə Qusar şəhərində anadan olub. 2008-ci ildə Bakı Özəl Türk Liseyinin Dədə Qorqud filialını bitirib.  2013-cü ildə Türkiyənin Orta Doğu Texnik Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-cü  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində kimya  mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.


Aqşin QULİYEV,
London İmperial Kolleci

1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakıdakı Texniki Humanitar Liseyi bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-cü  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi  ixtisası üzrə magistr təhsili alıb.


Nemət SƏFƏROV,
London İmperial Kolleci
 

1988-ci ildə Bakıda anadan olub. 2005-ci ildə Bakıdakı 111 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib.  2009-cu ildə Bakı Dövlət Universitetini iqtisadi kibernetika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Böyük Britaniyanın London İmperial Kollecini riyaziyyat və maliyyə ixtisası üzrə başa vuraraq magistr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində tətbiqi riyaziyyat və riyazi fizika ixtisası üzrə aspirantura təhsili alır.


Güllər TAĞIYEVA,
London İmperial Kolleci
 

1986-cı ildə Bakıda anadan olub. 2004-cü ildə Bakı Kompüter Kollecinin tərkibindəki məktəbi bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetini biologiya ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində ekologiya ixtisası üzrə magistr təhsili alıb.

Hazırladı: Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov