Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Elm xəbərləri

 

Azərbaycanın elmi jurnalı Şərqi Avropa nəşrlərini üstələyib 

Mərkəzi ofisi ABŞ-ın Filadelfiya şəhərində yerləşən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun 2013-cü il üçün hesabatı açıqlanıb.

2008-ci ildən bu təşkilatın siyahısında yer alan yeganə Azərbaycan elmi jurnalı olan "Applied and Computational Mathematics" ("Tətbiq və hesablama riyaziyyatı") yenidən 0.697 impakt-faktorla ölkəmizin elmini uğurla təmsil edir. Bu göstərici ilə jurnal nəinki postsovet məkanında, hətta Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları üstələyir.

Bütün dünya üzrə elmi jurnalların, alimlərin, universitetlərin, elmi müəssisələrin və s. qiymətləndirmə sistemini həyata keçirən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun budəfəki hesabatında bir çox tanınmış jurnalların impakt-faktorları ciddi şəkildə azalıb, bəziləri isə, ümumiyyətlə, təşkilatın siyahısından çıxarılıb.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan "Applied and Computational Mathematics" jurnalı 2002-ci ildən nəşr edilir.

Qeyd edək ki, jurnalın baş redaktorları akademiklər Əli Abbasov və Fikrət Əliyev (Azərbaycan), professor Vladimir Loren (Ukrayna), fəxri redaktoru isə professor Tamer Başardır (ABŞ).


Bu il "Gənclər üçün Prezident Mükafatı"na 4 gənc alimin namizədliyi irəli sürüləcək 

Azərbaycan Milli Elmlər Akademiyası "Gənclər üçün Prezident Mükafatı"na 4 gənc alimin namizədliyini irəli sürəcək. Prezident mükafatına namizədlər AMEA İdarəetmə Sistemləri İnformasiya Texnologiyaları institutlarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, həmçinin Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, Ədəbiyyat Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənovdur.


İki alimimiz nüfuzlu beynəlxalq jurnalların redaksiya heyətinin üzvü seçilib

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva impakt-faktorlu "American Journal of Educational Research" beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

Qeyd edək ki, jurnalın əsasən Amerika və Avropa ölkələrinin nümayəndələrindən ibarət redaksiya heyətində R.Rzayeva Azərbaycandan olan yeganə təmsilçidir.

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvü, Gəncə Bölməsinin  doktorantı Elnur Həsənov İtaliyanın nüfuzlu beynəlxalq elmi nəşri olan "Italiano revisione scientifica" jurnalının redaksiya heyətinin üzvü seçilib.

Bu, Azərbaycanın gənc alimlərinin öz əsərlərini nüfuzlu impakt-faktorlu beynəlxalq nəşrlərdə çap etdirmələri üçün daha geniş imkanlar yaradacaq. Eyni zamanda, Avropanın görkəmli elm xadimləri ilə gənc tədqiqatçıların birgə elmi işlərinin mühüm nəticələrinin tanınmış jurnal və məcmuələrdə nəşri sürətlənəcək.  

www.science.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov