İndoneziyanın "High Scope" Beynəlxalq tədris
müəssisəsində hər il keçirilən multikulturalizm
həftəsində ilk dəfə olaraq "Azərbaycan günü" də yer
alıb. Həmin gündə uşaqlar Azərbaycan dilində danışmağı,
saymağı, özlərini təqdim etməyi öyrəniblər.
Birinci dəfə iştirak etməsinə baxmayaraq, Azərbaycan ən
gözəl təmsil olunan ölkə olub. Belə ki, Azərbaycan
Amerika, Çin, Yaponiya, Fransa kimi favorit və hər il
iştirak edən ölkələrin cərgəsindən seçilib.
İndoneziyada təhsil alan azərbaycanlı tələbələr
bildiriblər ki, hər bir qonaq ayrıca yaxınlaşaraq
Azərbaycan haqqında suallar verirdi və çox gözəl
təəssüratlarla yanımızdan ayrılırdı.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |