Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Təhsil Problemləri İnstitutunda növbəti seminar

 

Böyütmək üçün seçinTəhsil Problemləri İnstitutunda "Erkən dövr inkişaf kurikulumu beynəlxalq kontekstdə" mövzusunda seminar keçirildi. Tədbiri institutun direktoru Qulu Novruzov açaraq görüş iştirakçılarına mövzunun aktuallığı və gərəkliliyi barədə məlumat verdi. O, müasir dövrdə məktəbəqədər təhsilin məzmunu və eyniadlı  təlim proqramı (kurikulumu) haqqında danışdı. Bu sahədə institutda görülən uğurlu işləri görüş iştirakçılarının nəzərinə çatdırdı.

Görüşdə TPİ-nin direktor müavini Ə.Abbasov, Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil şöbəsinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, institutun elmi məsləhətçisi N.Məmmədova, şöbə müdirləri,  ali məktəb müəllimləri,  özəl və dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan  pedaqoji işçi və TPİ-nin əməkdaşları iştirak edirdilər. Seminarda MTTYM-nin icraçı direktoru Ülviyyə Mikayılovanın təqdimatı dinlənildi. Mövzu ətrafında müzakirələr  aparıldı. Rəy və təkliflər verildi.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov