Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Almatıda III Avrasiya Sosial Elmlər Forumu keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən III Avrasiya Sosial Elmlər Forumunda iştirak edib.  ADİU, Türkiyənin Hacettepe Universiteti, Qazaxıstanın Ahmet Yesevi Universiteti və Qırğızıstanın Manas Universitetinin birgə təsisçiliyi ilə yaranan forumun mövzusu "Avrasiya Regionunda İqtisadi İnteqrasiya Axtarışları" olub.  Forumun bölmə iclaslarında 7 ölkədən 46 elmi məruzə dinlənilib. Forumun sonunda IV Avrasiya Sosial Elmlər Forumunun gələn il Manas Universitetinin təşkilatçılığı ilə Qırğızıstanın Bişkek şəhərində keçirilməsinə qərar verilib.

Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanla yanaşı ABŞ və Rusiyanın elm adamları, rektorlar, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak edib.

Qeyd edək ki, Avrasiya Sosial Elmlər Forumunun ilk iki iclası Bakıda, ADİU-da keçirilib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov