Noyabrın
24-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Almaniyanın Vürtsburq Universitetinin
prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib. Görüş zamanı BDU ilə
Vürtsburq Universiteti arasında Avropa Hüququ Magistr
Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri
müzakirə edilib və tərəflər arasında anlaşma memorandumu
imzalanıb. Avropa Hüququ Magistr Proqramının 6 məzununa
ikili diplom (BDU və Vürtsburq Universitetinin
diplomları) təqdim edilib.
Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən
Bakı Dövlət Universitetində "Avropa hüququ" ixtisası
üzrə magistratura proqramı fəaliyyət göstərir. Hazırda
tədris ingilis və alman dillərində aparılır. Alman
tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün
intensiv alman dili kursları və Almaniyada təcrübə
təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur.
Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi
Almaniyanın DAAD təşkilatı tərəfindən ayrılır.
Mətbuat və informasiya şöbəsi |