Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Qafqaz Universitetində seminar təşkil olunub

 

Avstraliya universitetlərinin nümayəndələri Qafqaz Universitetinin qonağı olublar. Görüş çərçivəsində "Avstraliya universitetlərində təhsil" mövzusunda seminar keçirilib. Seminarda  Avstraliya  universitetlərinin nümayəndələri  təmsil  etdikləri  ali təhsil ocaqlarının fəaliyyəti, buradakı təhsil və təqaüd imkanları haqqında məlumat veriblər və tələbələrin suallarını cavablandırıblar.  

Tədbirdə "ADA" Universitetinin, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universitetinin,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin,  Xəzər Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri də iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ölkəmizdə ali təhsilin inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim qayğı göstərdiyini vurğulayıb.

Avstraliya Konsulluğu İstanbul baş konsulu Pasqualino Strangis tədbir iştirakçılarını salamlayaraq burada iştirakı üçün məmnun olduğunu  söyləyib. Avstraliyanın təhsil və tədqiqatlar mərkəzi olduğunu dilə gətirən qonaq əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Qeyd edib ki, ABŞ və İngiltərədən sonra xaricdən gələn tələbə  sayına görə Avstraliya üçüncüdür və bu ölkənin universitetlərindən məzun olan 15 nəfər Nobel mükafatçısı var.

Qafqaz Universiteti xarici əlaqələr prorektorluğunun layihələr koordinatoru Sevil İmanova tədbir haqqında məlumat verib. O, seminarı Azərbaycan və Avstraliya arasında əməkdaşlıq forumu adlandırıb, əsas məqsədin universitetlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda Avstraliya universitetlərindəki təqaüd proqramları haqqında tələbələrə məlumat vermək olduğunu diqqətə çatdırıb.

Vollongong Universitetinin nümayəndəsi Halil Evecan səmimi qarşılandıqlarına görə Qafqaz Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Tələbələrin seminarda fəal iştirak etdiyini diqqətə çatdırıb, bunun onların aldığı yüksək səviyyəli təhsilin göstəricisi olduğunu qeyd edib. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov