V "Elektron Təhsil" Respublika müsabiqəsinin III
mərhələsinə start verilib.
Müsabiqəyə təqdim olunan 978 layihədən 302-si III
mərhələyə keçib. Müvafiq qiymətləndirməyə əsasən, bu
mərhələdə yüksək bal toplayan işlərin müəllifləri
Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər.
Müsabiqə "Dr. Web", İntel korporasiyasının "Gələcək üçün
təhsil" proqramı, "Edumedia-Azərbaycan", "AZEDUNET", "Ultra",
"Mədəd-Azərbaycan" və "Nar Mobile" şirkətləri tərəfindən
dəstəklənir.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi
diplomları, noutbuklar, planşetlər, printerlər və digər
mükafatlar təqdim olunacaq. |