Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Müsabiqənin birinci mərhələsi başa çatıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin birinci mərhələsi başa çatıb.

17-24 noyabr 2014-cü il tarixlərində 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib.

İkinci mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər üçüncü mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəklər.

Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və ya vakant yerlər olmadığı təqdirdə, namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanacaqdır. Yeni vakansiyalar yarandığı halda, bu namizədlərin işlə təmin olunması nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov