Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Təhsil Nazirliyi yeni layihənin həyata keçirilməsinə başlayıb

 

Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.

Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.

Bu ilin dekabrından start götürəcək layihənin Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə və Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyində təqdimatı olacaq.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.

Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, valideynlər, müəllimlər, inzibati heyət (məktəb direktoru və müavinləri), eləcə də ictimaiyyət nümayəndələrinin, uşaq birliyi, günü uzadılmış qrup və məktəbəqədər qrup rəhbərlərinin iştirakı nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov