Noyabrın
26-da Parisdə gələn il ölkəmizdə keçiriləcək ilk Avropa
Oyunlarının təqdimatı olub.
Mərasimdə çıxış edən ölkəmizin birinci xanımı,
"Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva Azərbaycanda təhsilin inkişafı
ilə bağlı maraqlı fikirlər səsləndirib: "Bu gün biz
təhsil sisteminin inkişafına çox böyük diqqətlə
yanaşırıq. Təhsil sistemində mühüm islahatlar aparılır.
Çünki hər bir ölkə, hər bir xalq üçün onun gələcəyi,
gələcək inkişafı və uğurları məhz insan amilindən,
savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on
il ərzində üç mindən çox yeni məktəb inşa olunub və
təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin
dəstəyi ilə dünyanın aparıcı universitetlərində təhsil
alır". |