Astara Olimpiya İdman Kompleksində məktəblilərin VII
Respublika oyunları proqramına daxil olan voleybol üzrə
2001-2002-ci il təvəllüdlü oğlanlar arasında ölkə
birinciliyinin final oyunları keçirilib.
AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyi,
Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı
ilə keçirilən birinciliyin final mərhələsində zona
yarışlarının qalibi olmuş 8 komandanı - Sumqayıt, Qax,
Masallı, Lənkəran, Gədəbəy, Şəki, Qusar və Gəncəni
təmsil edən 112 yeniyetmə qələbə uğrunda mübarizə
aparıb.
Final oyunlarında Masallı, Lənkəran və Qax təmsilçiləri
ilk üç yerin sahibi olublar. |