Quba
Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə
"Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyi
başa çatıb.
Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan
Taekvondo Federasiyasının dəstəyi ilə uşaq və
yeniyetmələr arasında keçirilən yarışda 2001-2003-cü və
2004-2005-ci il təvəllüdlü 148 taekvondoçu iştirak edib.
Birincilikdə 9 təhsil müəssisəsinin və 8 idman klubunun
komandası qələbə uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışda uşaq taekvondoçular arasında I yerə
Quba, II yerə Sumqayıt, III yerə 12 saylı
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin komandası layiq görülüb. Yeniyetmələr
arasında isə I yeri "Azəri" Taekvondo Klubunun, II yeri
Quba Uşaq-Gənclər İdman Məktəbinin, III yeri isə
Sumqayıt 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin
komandaları tutub.
Qaliblər kubok, diplom və medallarla təltif edilib. |