Azərbaycan
idmançıları noyabrın 12-dən 17-dək Estoniyanın Tallin
şəhərində keçirilən sürətli şahmat üzrə 14-cü Avropa
birinciliyindən uğurla qayıdıb.
Avropa Şahmat Birliyi ilə Estoniya Şahmat
Federasiyasının birgə təşkil etdiyi yarış 8, 10, 12, 14,
16, 18 yaşlı oğlanlar və qızlar arasında keçirilib.
Çempionatda 13 ölkədən 300-ə yaxın şahmatçı iştirak
edib. Azərbaycan şahmatçıları yarışda 4 qızıl, 4 gümüş
və 1 bürünc medal qazanıblar.
Sürətli şahmat üzrə Təhsil Nazirliyinin Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri Aytən Əmrayeva 18 yaşlı
qızlar arasında, Aydın Süleymanlı 10 yaşlı oğlanlar
arasında I yeri, Xanım Balacayeva 8 yaşlı qızlar
arasında II yeri tutublar. 1 saylı İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin
təmsilçisi Ümid Aslanov isə 8 yaşlı oğlanlar arasında
qızıl medal qazanıb.
Şahmatçılarımız super finalda da uğurlu oyunlar
keçiriblər. Aydın Süleymanlı və Xanım Balacayeva finalda
rəqiblərini üstələyərək II yerə yüksəliblər. Bu
şahmatçılar blits üzrə keçirilən oyunda da fərqlənərək
II yeri tutublar. |