Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Vətənpərvərlik mövzusunda tədbir

 

Bakıdakı H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə milli mənəvi dəyərlərimizin qorunmasına, şagirdlərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə Azərbaycanımıza aid mahnılar, şeirlər, rəqslər ifa olunub, slaydlar nümayiş etdirilib.

Tədbirin ən maraqlı hissəsi Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən səhnəcik  oldu. Səhnəcik vasitəsilə haqqın, ədalətin sonda mütləq qələbə çalacağına, yalanın, şərin gec-tez məhv olacağına inam aşılanırdı...

Qeyd olundu ki, Bayraq  gününün  xüsusi bir bayram kimi qeyd olunması şagirdlərdə dövlətçilik, milli həmrəylik və hərbi vətənpərvərlik hisslərinin formalaşmasına, möhkəmlənməsinə  müsbət təsir edir. Tədbirdə Azərbaycan Respublikasının tanıtım vəsiqəsi, dövlətçilik rəmzi olan üçrəngli bayrağımızın tarixi milli dövlətçiliyimizin keçdiyi sınaqların tarixi kimi dəyərləndirildi.

Şagirdlər maraqlı çıxışları ilə tədbir iştirakçılarında dərin təəssürat yaratdılar. Xüsusilə VII sinif şagirdlərindən Siddiqə, İlahə, Hüseyn, İlkin, Ləman, Qələm, Vüqar və Rəşad, VIII sinifdən Lamiyə və Sirac, IX sinifdən Zərifə, Gülsüm, İbrahim, Tükəzban, Aytən, Səbuhə, Türkan və Leyla, X sinifdən Mahmud, Ənvər, XI sinifdən Aqil, Cavid və başqaları fəallıqları ilə seçildilər.

Sonda məktəbin direktoru Səba Həsənova çıxış edərək şagirdlərə hər zaman Vətən sevgisini, dəyərlərimizi hər şeydən uca tutmağı tövsiyə etdi.  

Zülfiyyə NİFTALIYEVA,
Bakıdakı 123 nömrəli tam orta məktəbin tarix müəllimi,  Uşaq Birliyinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov