Müşviq MƏMMƏDOV,
İsmayıllı rayon Mollaisaqlı kənd tam orta məktəbinin
informatika müəllimi
XXI əsr yüksək kompüter texnologiyaları əsridir.
Kompüter və elektron texnologiyaları həyatımızın böyük
bir hissəsini təşkil edir. Müəllimlərimiz müasir dövrün
bu ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi
istiqamətində yaradıcı axtarışlar aparmaqda və ortaya
maraqlı fəaliyyət nümunələri qoymaqdadırlar.
Müasir təlim prosesi şagirdə yönəlmiş prosesdir. Bu
proses şagirdlərdə informasiya mübadiləsi və fikir
yürütmək bacarığı formalaşdırır. Şagird müxtəlif
mənbələrdəki elektron resurslara istinad etməklə
müstəqil məlumat əldə edir. Tədqiqat aparmaq, ünsiyyət
qurmaq və yeni informasiya əldə etmək üçün isə müasir
texnologiyaların imkanlarından istifadə etmək lazım
gəlir. Bundan əlavə şagirdlərin maraq dairəsini nəzərə
alsaq şahidi olarıq ki, İKT-dən istifadə onların
diqqətini cəlb edən bir sahədir. Eyni zamanda müəllim də
İKT-dən istifadə etməklə şagirdlərdə həvəs və maraq
yarada bilər. Təbii ki, bu da müəllimin yaradıcılıq
qabiliyyətindən asılıdır.
Elektron (təlim və internet) resursları müvəffəqqiyətli
təhsil almaq üçün şərait yaradan və ən yüksək nəticəyə
nail olmağa kömək edən bir vasitədir. Hazırda təhsil
sisteminin informasiyalaşdırılmasında əsas diqqət
elektron təhsil resurslarının hazırlanmasına yönəlmiş
Elektron Təhsil Resursları (ETR) dedikdə tədris məzmunlu
elektron forma nəzərdə tutulur ki, onları da
səsləndirmək üçün müxtəlif elektron mexanizm və
maşınlardan istifadə edilir. Ən müasir tədris resursları
kompüterlərdə hazırlanır. ETR adi dərslikdən fərqlənir
və onun interaktivliyi isə şagirdin müstəqil işləməsini
təmin edir.
ETR-nı üç qrupa - mətn, tekstoqrafik və multimedia
xarakterli resurslara ayırmaq olar.
Mətn xarakterli ETR əsasən mətndən ibarət olur, mühazirə
xarakteri daşıyır və internetdə yerləşdirilməsi
mümkündür.
Tekstoqrafik xarakterli ETR və daxilində cədvəllər,
diaqramlar və s. ibarətdir.
Multimedia xarakterli ETR-ə isə video, animasiya, audio,
məzmun və interaktiv üsullar daxildir.
Mənə görə, bu tədris resurslarının ən effektivlisi
multimedia resursudur. Burada tədris obyektləri mətn,
qrafik, foto-video, səs və animasiya formasında təqdim
olunur. Bütün bunlar şagirdlərdə qavramanın növlərini
hərəkətə gətirir, bununla da tədris prosesi daha
rəngarəng və maraqlı olur.
Sözsüz ki, multmedia resursları müəllimi və dərslikləri
əvəz etmir, amma eyni zamanda materialı mənimsəmək üçün
yeni imkanlar yaradır. Bu resurslar şagirdlərdə anlama
səviyyəsini yüksəldir və multimedia vasitələrindən
istifadə zamanı şagirdlərin yorğunluğunu aradan
qaldırır. Nəhayət, ETR-in mühüm üstünlüyü onun şagird
tərəfindən fərdi öyrənməyini təmin etməsindədir. Yəni,
şagird sərbəst şəkildə öz bilik və bacarıqlarının nə
səviyyədə olduğunu müəyyən edə bilir.
Elektron təhsil resursları dedikdə təkcə CD-lərdə və
müəllimin kompüterdə hazırladığı resurslar nəzərdə
tutulmur, bura İnternet tədris resursları da daxildir.
İnternet təhsil sahəsində də böyük imkanlar yaradır.
Tədris prosesində internetin rolu və yerini düzgün
müəyyən etmək olduqca vacibdir. Bu məsuliyyətli iş fənn
müəllimlərinin üzərinə düşür. Tədris internet
resurslarının əksəriyyəti heç bir yoxlamadan keçmir,
tədrisə uyğun olan materialların seçilməsində hətta
müəllimlər üçün də çətinlik yaradır. Bu problemi həll
etmək üçün müəllim əsl peşəkar olmalıdır. Müəllim
materialları təhlil edib öz şagirdlərinə məsləhət
verməyi bacarmalıdır.
İnternetdən səmərəli istifadə zamanı şagirddə yazı
bacarığı, söz ehtiyatı, tez ünsiyyətə girmək və lazımi
formada ünsiyyət qurmaq, qarşısındakını dinləmək və s.
kimi müsbət keyfiyyət və vərdişlər formalaşır. Təbii ki,
bəzən sosial şəbəkələrdən düzgün istifadə etməmək bir
çox mənfi sonluqlarla da nəticələnə bilər. Belə ki,
şagirdlər informasiya axtararkən konkret nəyi axtarmalı
olduqlarını bilmədikləri üçün qarşılarına çıxan böyük
informasiya axınının içərisinə düşmüş olurlar. Bu zaman
onlar hətta əxlaqi dəyərlərini poza biləcək resurslarla
da qarşılaşa bilərlər. Mənə elə gəlir ki, tədris zamanı
şagirdlərin internetdə elektron resurslarını axtarıb
tapması prosesi daim nəzarət altında olmalı və müəllim
tərəfindən istiqamətləndirilməlidir.
Son illər Azərbaycan Respublikasında İKT-dən istifadə
sahəsində bir sıra ciddi addımlar atılmış və bu
istiqamət dövlət siyasətinin əsas məsələlərindən birinə
çevrilmişdir. Təhsil sistemində İKT-dən istifadə ilə
ümumi səviyyəni yüksəltmək, təhsillə əlaqəli şəxslərin
bu sahəyə marağını daha da artırmaq üçün bir sıra
layihələr, müsabiqələr və treninqlər keçirilməkdədir.
Müəllimlərimiz bu müsabiqələrdə daim iştirak edir və
yüksək nailiyyətlər qazanır.
Müəllimlik çətin və mürəkkəb, şərəfli və məsuliyyətli
olmaqla yanaşı həm də yaradıcıdır. Müəllim müasir dövrdə
təlim texnologiyalarına yüksək səviyyədə yiyələnməlidir.
Bunun üçün isə o, daim öz üzərində işləməli, pedaqoji
hazırlığını təkmilləşdirməli və təbii ki, peşəkarlıq
səviyyəsini yüksəltmək üçün mütəmadi hazırlıq
kurslarından keçməlidir. Müəllim şagirdlərini
fəallaşdırmaq və təlim prosesinə interaktivlik qoşmaq
istəyirsə, ilk növbədə, yaradıcı olmalıdır. O,
informasiya-kommunikasiya vasitələrinə dərindən
yiyələnmədən şagird maraqlarına cavab verə bilməz.
Müşahidələr göstərir ki, qurulan dərslərin
əksəriyyətində ənənəvi üsul və vasitələrdən istifadə
edilir. Bu, tədrisin keyfiyyətinə öz mənfi təsirini
göstərir. Amma şagirdlərə verilən test tapşırıqlarını
müəllim özü, yuxarıda qeyd etdiyimiz kimi, multimedia
xarakterli hazırlasa daha səmərəli və yaddaqalan olar.
Hazırda məktəblərdə müəllimlər PowerPoint proqramından
demək olar ki, hər dərsdə istifadə edirlər. Mövzu haqda
məlumatları şagirdlərə çatdırmaq üçün məlumatları bu
proqramda hazırlayırlar. Amma təəssüf ki, bu proqramın
geniş imkanları ilə bir çox müəllimlərimiz tanış
deyillər. Tək mətndən ibarət olan slaydlar şagirdlər
üçün heç bir fayda vermir. PowerPoint proqramının
üstünlüyü müxtəlif mövzuları animasiyalı "canlı" və
"əyani" izah etməsindədir. Elektron resurs hazırlayarkən
bu ideyalar haqqında düşünmək gərəkdir. İnteraktiv
elektron resurslar həm müəllim, həm şagirdlər üçün
faydalı, maraqlı, asanlıqla yad-daqalan olmalıdır.
Mən aşağıda hazırladığım sadə iki müxtəlif elektron
resursu (kompüterdə hazırlanmış test tapşırığı) müqayisə
etmişəm. Onlardan birincisi:
1. Multimedia xarakterli elektron resursdur.
2. Şagirdə İKT vasitələrilə təqdim olunur.
3. Şagird sualların düzgün və səhv cavablarını özü
yoxlayır.
4. Vaxt itkisinə qənaət edilir.
5. ETR tam interaktiv formada hazırlanıb.
6. Şagird test tapşırığında sərbəst işləyə bilir.
7. ETR-də eyni bir vaxtda bütün şagirdlər işləyə bilir.
İkincisi isə:
1. Mətn xarakterli elektron resursdur.
2. Şagirdə A4 formatlı vərəqdə təqdim olunur.
3. Şagirdin düzgün və səhv cavablarını müəllim yoxlayır.
4. Təbii ki, bütün sinfin test tapşırıqlarının
yoxlanması, düzgün və səhv cavablarının tapılması bir
dərs saatı ərzində mümkün deyil.
5. ETR-də heç bir interaktivlik müşahidə olunmur.
6. Şagird test tapşırığında müəllimin izahatı ilə
işləyir.
7. ETR-də bu fərdi resursdur, yalnız bir şagird üçün
nəzərdə tutulur.
Ola bilər yuxarıda hazırladığım elektron resurs
həmkarlarım tərəfindən qəbul edilməz. Amma bu heç də bir
slayddan ibarət üz qabığı deyil. Sadə interaktiv tədris
resursudur. Hazırlanmış məzmunun 50%-dən çoxu
interaktivdir, bu da "ETR hazırlanması tələbləri"nə tam
uyğundur.
Birinci test tapşırığı oyun xarakterlidir, animasiya,
cəlbedici fotolar, suallar arasında keçidlər, şagird
səhf cavab verdikdə pərtedici smayliklərin gəlməsi,
musiqi və s. effektlərlə zəngindir. İkinci test
tapşırığı ağ vərəq üstündə yazılmış sadə sənəddir.
Şagirdi tez yorur, ənənəvi üsulun bir numunəsidir.
Qeyd etdiyimiz kimi tədris prosesində internet
resursları həm şagirdlər, həm də müəllimlər üçün
əhəmiyyətlidir. |