Noyabrın 17-də Mingəçevir Turizm Kollecində Milli
Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Tələbə və
müəllimlərin iştirakı ilə keçirilən tədbirdə çıxış
edənlər Milli Dirçəliş Gününün əhəmiyyətindən,
Azərbaycan xalqının həyatındakı rolundan danışıblar.
Qeyd olunub ki, ölkəmiz müstəqilliyini əldə etsə də,
tezliklə onun itirilməsi təhlükəsi yaranmışdı. Ölkədə
xaos və anarxiyanın, özbaşınalığın baş alıb getdiyi,
iqtisadiyyatın tənəzzülə uğradığı dövrdə ulu öndər
Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra respublika sürətli inkişaf yolunu
tutub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
sosial-iqtisadi inkişafından, Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzundan söz açan natiqlər bütün bu
nailiyyətləri dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən
siyasətinin nəticəsi kimi qiymətləndiriblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |