Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

LDU-nun tələbələri ümumrespublika bilik yarışında üçüncü olublar

 

Ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə ali təhsil müəssisələrinin tələbələri arasında  "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ümumrespublika bilik yarışı keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Lənkəran Dövlət Universitetinin (LDU) komandası 6 nəfərlə təmsil olunub.

İştirakçılar yarışdan əvvəl Heydər Əliyev Muzeyi ilə də tanış olublar.

Üç turda aparılan bilik yarışında LDU-nun komandası üçüncü yeri tutub. Ümumrespublika yarışında bilik və istedadlarını nümayiş etdirən LDU-nun tələbələri təşkilat komitəsi və  rektorluq tərəfindən mükafatlandırılıblar. Rektor, professor Asəf İsgəndərov qalibləri təbrik edib, onlara elm və təhsil yollarında daha böyük nailiyyətlər arzulayıb.  

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya mərkəzinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov