Akademik Milli Dram Teatrının Təhsil Nazirliyi ilə
birgə həyata keçirdiyi "Məktəb və teatr" layihəsi
çərçivəsində teatrın kollektivi Bakıdakı 284 nömrəli tam
orta ümumtəhsil məktəbində olub. Binəqədi Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə
aktyorlar Azərbaycan dramaturgiyasının böyük
simalarından olan Cəlil Məmmədquluzadənin pyesi əsasında
hazırlanan "Anamın kitabı" tamaşası ilə çıxış edib.
Böyük ustalıqla hazırlanmış, Vətənə, xalqa, ana dilinə
məhəbbət hissləri aşılayan, böyük tərbiyəvi əhəmiyyət
daşıyan "Anamın kitabı" tamaşasının aktual mahiyyəti və
bədii keyfiyyəti məktəblilər və müəllim heyəti
tərəfindən böyük maraqla qarşılanıb. |