Noyabrın 15-də Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə
görüş keçirilib. Tədbirdə çıxış edən rektor Hüseyn
Qaraşov bildirib ki, valideynlərlə akademiya
rəhbərliyinin və professor-müəllim heyətinin ikinci
görüşüdür.
Qeyd edilib ki, tədbirin keçirilməsində əsas məqsəd cari
tədris ilində tələbələrin təhsil göstəriciləri haqqında
valideynləri məlumatlandırmaq, onların daha mükəmməl
biliklərə malik olmaları üçün müasir təhsil
standartlarına uyğun müəllim-valideyn əməkdaşlığını
formalaşdırmaqdan ibarət olub.
Görüşdə müvafiq məsələlərlə bağlı fikir mübadiləsi
aparılıb.
Tədbirin sonunda tədris prosesi ilə bağlı suallar
dinlənilib və tələbələrin təhsildəki nöqsan və uğurları
valideynlərin nəzərinə çatdırılıb.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |