Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Beyləqanda "Uşaqların hüquqlarını qoruyaq" adlı tədbir keçirilib

 

Rayon təhsil şöbəsindən   redaksiyaya verilən  məlumatda  deyilir ki, rayonun ərazisində  məcburi köçkünlərin məskunlaşdığı Xocavənd qəsəbəsində "Uşaqların hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirilib. Məktəblilərin iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam həyat tərzi və hərtərəfli inkişafı üçün görülən işlərdən danışılıb. Bildirilib ki, uşaq hüquqlarının təşviqi ilə əlaqədar həm BMT-nin Uşaq Hüquqları Komitəsinin verdiyi tövsiyələrin yerinə yetirilməsi, həm də BMT Baş Məclisinin uşaqlara həsr olunmuş 27-ci xüsusi sessiyasının yekun sənədi olan "Uşaqlara yararlı dünya" Bəyannaməsinin və Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən geniş iş aparılır. Həmçinin uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlər sahəsində UNİCEF ilə yaxından əməkdaşlıq həyata keçirilir. Çıxışlarda orta məktəblərdə uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

 Sonda uşaq hüquqları ilə bağlı film nümayiş etdirilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov