Rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovdan
aldığımız məlumatda bildirilir ki, 2014-cü il ərzində
Nazırlı kəndində 220, Qazaxlar kəndində 180, şəhər 7
nömrəli məktəb üçün 360 şagird yerlik və rayon təhsil
şöbəsinin inzibati binaları tikilib istifadəyə verilib.
Türkmən kəndində 260 şagird yerlik məktəb binasının
tikintisinə, şəhər 2, 5 və 6 nömrəli tam orta
məktəblərinin binasında isə əsaslı təmir işlərinə
başlanılıb. Akademik Z.Əliyeva adına, şəhər 3, 8
nömrəli, Mirzəxan, Gərənə kənd tam orta məktəblərində
əsaslı, Əyricə, Qarayusifli, Şorəlli, Xanağalı,
Kürdborakı kənd tam orta və Böyük Qəcər kənd ümumi orta
məktəblərində cari təmir işləri aparılıb.
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu
və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin
ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır" mövzuları üzrə noyabr-may
ayları ərzində XI sinif şagirdlərinə dərsdənkənar
vaxtlarda "açıq dərs"lərin tədris olunmasına başlanılıb.
Tədris ili ərzində müəllimlərin qabaqcıl iş təcrübəsinin
öyrənilib təbliğ olunması, kurikulumla bağlı onların
yeni təlim texnologiyalarından səmərəli iştifadə etməklə
tədrisin yüksəldilməsinə nəzarət, məktəblilərin bilik
yarışında iştirakına, olimpiadaların rayon və respublika
turuna hazırlıq işləri sahəsində əməli tədbirlərin
görülməsi planlaşdırılır. |