Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Daşkəsəndə qabaqcıl müəllimlərin iş təcrübələri dinlənilib

 

Rayon  təhsil şöbəsinin müdiri  Nazim Verdiyevdən aldığımız məlumata görə, 2014-2015-ci dərs ilində rayonun ümumtəhsil   məktəblərində    29 gənc  müəllim işə qəbul edilib. Onların səmərəli fəaliyyəti  üçün normal iş şəraitinin yaradılması, gənc müəllimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə  rayon icra hakimiyyətinin yerli strukturlarının rəhbərləri ilə birgə  rayon təhsil şöbəsində  müşavirə  keçirilib.

Ucqar  dağ kəndlərində yerləşən ümumtəhsil  məktəblərinin  qış aylarında istiliklə təmin olunması məsələsi rayon təhsil  şöbəsinin  təhsilyanı  şura  iclasında geniş  müzakirə  edilib,  bu  sahədə  mövcud ləngimələrin səbəbləri araşdırılıb, məktəblərin  yanacaqla  təmin olunması qrafiki tərtib  olunaraq  həyata keçirilməsi barədə  tədbirlər  müəyyənləşdirilib.

İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Qabaqcıl   təcrübəni öyrənirik"   mövzusunda gənc müəllimlərlə yanaşı I-VII siniflərdə  dərs deyəcək  müəllimlərin treninqi keçirilib, yeni təlim metodlarının  tətbiqi sahəsində uğurlu nəticələrə nail olmuş müəllimlərin iş  təcrübəsi dinlənilib.

Rayonun İ.Nəsimi adına 1 nömrəli, A.Mürsəlov adına 2 nömrəli şəhər, Bayan və Quşçu kənd tam orta məktəblərində,  "Sabahın alimləri" IV Respublika müsabiqəsinin  keçirilməsi ilə əlaqədar həmin  təhsil müəssisələrində fəaliyyət göstərən "Kiçik akademiya"ların  konfransları keçirilib və şagirdlərin elmi axtarışlara sövq edilməsi istiqamətində  səmərəli tədbirlərin  görülməsinin  zəruriliyi qeyd  edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov