Rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimovun
verdiyi məlumatda qeyd olunur ki, İKT ilə bağlı dövlət
proqramının icrasının həyata keçirilməsi ilə əlaqədar
görülmüş tədbirlər nəticəsində məktəblərdə kompüterlərin
sayı artıb. Hazırda rayon üzrə hər 19 şagirdə 1 kompüter
düşür.
"Uşaq hüquqları aylığı" ilə əlaqədar tərtib olunmuş
fəaliyyət planına əsasən təhsil ocaqlarında işlər
aparılır. Məktəblərdə məruzə və mühazirələr oxunur,
şagirdlər arasında rəsm müsabiqələri keçirilir və
hüquq-mühafizə orqanlarının əməkdaşları ilə
məktəblilərin görüşləri təşkil edilir.
VII siniflərdə dərs deyən 166 müəllimin kurikulum üzrə
təlim kurslarından keçməsi təşkil edilib.
Müəllimlərin tərtib olunmuş qrafik əsasında
ixtisasartırma kurslarına göndərilməsi təmin olunub.
Zəngilanın işğalı ilə əlaqədar olaraq "Zəngilan
məktəblilərin gözü ilə" rəsm, "Mənim doğma Zəngilanım"
başlığı altında inşa müsabiqələri keçirilib,
məktəblərdə "Zəngilanı unutmayaq" fotostendlər təşkil
edilib. Həmin fotostendlərdə rayonun tarixi, ərazisi,
tarixi abidələri, faydalı qazıntıları, faunası və
florası haqqında geniş məlumatlar verilib.
RTŞ-də fənn olimpiadalarının keçirilməsi ilə əlaqədar
olaraq yaradılmış Təşkilat Komitəsi və olimpiadaya
hazırlıq mərkəzi üzvlərinin geniş yığıncağı keçirilib,
fənn olimpiadalarının rayon turunda iştirak edəcək
şagirdlərin seçilməsinə başlanılıb. |