Rayon təhsil şöbəsinin metodisti Leyla Rzayeva
tərəfindən verilən məlumata görə, Təhsil Nazirliyinin
əmri ilə keçirilən "Elektron təhsil" müsabiqəsinə
məktəblərin müəllimləri böyük həvəslə qoşulublar.
Məktəblərdə keçirilən "açıq dərs"lərdə, elmi-nəzəri və
elmi-praktik konfranslarda müəllimlərin təlim prosesində
informasiya texnologiyalarından və təlim resurslarından
istifadənin şagirdlərin yaradıcılıq potensialının
formalaşmasında rolu və bunun fəaliyyətdə
reallaşdırılması istiqamətləri təhlil edilib. Şagirdlərə
dövlətə, vətənə hörmət və məhəbbət hissinin təbliği
məqsədi ilə "Bayrağımız qürurumuzdur", "Mənim ana dilim,
mənim kimliyim..." mövzusunda rayon məktəblərində inşa,
rəsm və şeir müsabiqələri keçirilib. Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin sərhədlərimizin
müqəddəsliyinin təbliği baxımından "Sərhədlərimizin
keşiyində" adlı inşa müsabiqəsində 30 tam orta məktəbin
41 şagirdi iştirak edib.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa
qarşı mübarizə"yə dair rayon təhsil şöbəsinin tədbirlər
planına əsasən məktəblərdə "Narkomaniya - ağ ölüm",
"Narkomaniya əsrin bəlasıdır" mövzularında "dəyirmi
masa"lar , "Sağlam həyat tərzi üçün səfərbər olaq" adlı
elmi - praktik konfrans keçirilib.
Məktəblərdə fənn aylıqlarının keçirilməsi və bu sahədə
ən yaxşı məktəbin müəyyən edilməsi Qaxda bir ənənəyə
çevrilib. |