Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Füzulidə fövqəladə hallara dair maarifləndirici tədbir

 

Rayon  təhsil şöbəsindən bildiriblər ki,  Fövqəladə Hallar Nazirliyinin  Qarabağ Regional Mərkəzi  rayonun ərazisində məcburi köçkünlər üçün salınmış Qayıdış qəsəbəsindəki 4 nömrəli tam orta məktəbdə "Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib. Rayon təhsil şöbəsinin və FHN-in yerli qurumlarının nümayəndələrinin, məktəbin müəllim-şagird kollektivinin və texniki işçilərinin iştirak etdikləri tədbirdə zəlzələ hadisəsi, sel və daşqın təhlükələri barədə ətraflı məlumat verilib. Mərkəzin əməkdaşlarının "Fövqəladə halların növləri", "Elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları", "101 və 112 xidmətinə müraciət qaydaları" mövzularında məruzələri dinlənilib. İştirakçılara məktəblərdə fövqəladə hallar zamanı düzgün davranış qaydaları izah olunub.

Tədbirdə FHN tərəfindən hazırlanan "Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları" adlı videoçarx nümayiş etdirilib, mövzu ilə bağlı  şagirdlərə broşürlər paylanıb, iştirakçıların sualları cavablandırılıb.

Sonra təhsil müəssisəsinin rəhbərliyinə məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasına, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına, əsas və ehtiyat çıxış qapılarının, zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasına, yararsız vəziyyətdə olan elektrik naqil və avadanlığının yenilənməsinə dair bir sıra tövsiyələr verilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov