Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, şəhərdəki Heydər Əliyev
Mərkəzində məktəblilər üçün "Ümummilli lider Heydər
Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur"
mövzusunda növbəti "açıq dərs"lər keçirilir.
İlk dərs Dövlət himninin oxunması ilə başlanıb. Rayon
təhsil şöbəsinin məsul işçiləri və orta məktəblərin
tarix müəllimlərinin iştirak etdikləri dərsdə ümummilli
lider Heydər Əliyevin xalqımız və dövlətimiz
qarşısındakı xidmətlərindən danışılıb. Şagirdlərə ulu
öndərin zəngin həyat və fəaliyyəti haqqında məlumat
verilib, "Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı",
"Heydər Əliyev və Azərbaycan gəncliyi", "Heydər Əliyev
və Azərbaycanın neft strategiyası", "Heydər Əliyevin
hakimiyyəti illərində Azərbaycan mədəniyyəti" və s.
mövzularda mühazirələr oxunub.
Qeyd edilib ki, müstəqil ölkəmizdə iqtisadiyyatın
yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi,
peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata
keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət
sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət
quruculuğu - bütün bunların hamısı ümummilli lider
Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər
Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini qeyd edən
natiqlər ölkəmizin çox sürətlə və davamlı inkişaf
etdiyini bildiriblər.
"Açıq dərs"də bütün mövzular xüsusi hazırlanan foto və
videomateriallarla şagirdlərin diqqətinə çatdırılıb, ulu
öndər Heydər Əliyevlə bağlı film nümayiş olunub. |