Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Ukraynada ibtidai təhsil 6 il davam edəcək

 

Ukraynada ibtidai təhsilin dövlət standartlarının  yenidən gözdən keçirilməsi gözlənilir.  Bu barədə Ukrayna təhsilinin  2015-2025-ci illər üzrə inkişaf konsepsiyasının  təqdimatına həsr olunmuş tədbirdə   parlamentin təhsil və elm komitəsinin sədri Liliya Qrineviç  bildirib. 

"İbtidai məktəbin standartları mütləq mənada gözdən keçirilməlidir. Bu təxirəsalınmaz məsələdir".  O bildirib ki, konsepsiya sənədində ibtidai məktəbdə təhsilin müddətinin 6 il artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu,  təkcə ibtidai məktəbdə təhsilin məzmunu ilə  deyil, həm də şagirdlərin inkişaf xüsusiyyətləri ilə bağlıdır.  Digər tərəfdən,  bu məsələnin "pozitiv iqtisadi nəticələri" də var.  O əlavə edib ki, 6 illik  ibtidai  təhsil əsasən aqrar ölkələr  üçün xarakterikdir.  Ukrayna  aqrar ölkədir.  Buna görə də kəndin infrastrukturunu qoruyub saxlamaq lazımdır. 

Təhsil qanunu kənd məktəbləri şəbəkəsinin  taleyinə də  aydınlıq gətirməlidir. 6 illik kənd məktəbinin  isə bu məktəbin qorunub saxlanmasına müsbət təsiri ola bilər. Öz növbəsində təhsil və elm naziri Sergey Kvit bildirib ki, bu gün ibtidai məktəblərdə uşaqlar  gün ərzində 5 dərs öyrənirlər. Bu  isə qeyri-normaldır. 

Biz çalışmalıyıq ki,  onların  5 dərsi olmasın. Çünki uşaqları  onlara  keçilən dərslərə maraqlandırmaq mümkün deyil. Uşaqları  maraqlandırmaq lazımdır, bu isə  bizim əsas vəzifəmizdir.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov