İntellekt ( IQ) səviyyəsi yüksək olan valideynlərin
ailəsində dahi uşaqların doğulması şansı yüksəkdir.
Florida Universitetinin alimləri iddia edir ki,
insanlar sonradan dahi olmurlar - onlar dahi kimi
doğulurlar. Alimlər bir sıra araşdırmalar apararaq IQ
səviyyəsinin həm də genetik amillərlə bağlı olmasını
müəyyən etməyə çalışıblar. Bu eksperimentdə iştirak
edən ailələrdə iki eyni yaşlı - biri doğma, digəri
övladlığa götürülmüş uşaqlar iştirak edib. Müəyyən
həyat mərhələsi ərzində bu uşaqlar əvvəlcə məktəbdə,
sonra isə 26 yaşında testdən keçiblər.
Tədqiqatın sonunda alimlər müəyyənləşdiriblər ki, bir
ailədə qan qohumu olmayan qardaş və bacıların IQ
səviyyəsi tamamilə fərqlidir. Beləliklə, mütəxəssislər
belə qənaətə gəliblər ki, intellekt tərbiyə zamanı
inkişaf etmir, o, doğulanda irsən nəslə keçir. Ona görə
də amerikalı mütəxəssislər hesab edir ki IQ səviyyəsi
yüksək olan ailələrdə dahilərin dünyaya gəlməsi şansı
daha böyükdür. |