Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Avropa ölkələrində təhsil haqları nə səviyyədədir?

 

Avropa universitetlərində təhsil almaq hər zaman prestij hesab olunub. "Euromag" jurnalı Avropada təhsil haqlarına aydınlıq gətirmək istəyib.  "İnvestisiya üçün ən yaxşı obyekt insandır"  fəlsəfəsini əsas götürən  tədqiqatçılar hesab edirlər ki, keyfiyyətli təhsilə qoyulan pullar müasir dünyada bir çox qapıları açır. Tədqiqatçılar Avropada əsasən 3 ölkədə - Böyük Britaniya, Rusiya və İspaniyada təhsil haqlarını müqayisə ediblər.  Təhsil haqlarına  zəruri yaşayış  məsrəfləri və gündəlik  xərcləri də əlavə etsək, Böyük Britaniya ali məktəblərinin verdiyi diplomu tam mənada "qızıl" hesab etmək olar.  Böyük Britaniyada illik təhsil haqları  22670 avro təşkil edir. Bu məbləğdən 14840 avro  bilavasitə təhsilə, 7830 avro isə yaşayış ehtiyaclarına sərf olunur. Təhsil haqlarının baha olduğu ikinci ölkə Rusiyadır. Rusiyada illik təhsil haqqı 7260 avro təşkil edir.  Bu ölkədə  yaşayış xərcləri təhsil haqlarından 2 dəfə bahadır. Rusiyada 2410 avro təhsil, 4850 avro isə yaşayış məsrəfləri təşkil edir. Avropada təhsil haqlarının baha olduğu 3-cü ölkə İspaniyadır. Bu ölkədə illik təhsil haqları 5390 avrodur. İspaniyada  yaşamaq   əcnəbi tələbəyə təhsil haqqından baha başa gəlir.  Orta təhsil xərcləri illik 770 avro, yaşayış və digər xərclər 4620 dollar təşkil edir.  Adıçəkilən ölkələrdən başqa reytinq cədvəlinə əcnəbi tələbələrin böyük üstünlük verdiyi Almaniya da düşüb. Bu ölkədə illik təhsil 4835 avro təşkil edir.  Digər ölkələrdən fərqli olaraq  Almaniyada tələbələr təhsilə ən az - 490 avro xərcləyirlər. Yaşayış və digər ehtiyaclar üçün məsrəflər isə  4345 avro təşkil edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov