Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələr

 

Röya TALIBOVA,
Harvard Universitetinin tələbəsi

1986-cı ildə Bakıda anadan olub.  2003-cü ildə Anadolu Türk Liseyini  bitirib.  2007-ci ildə Azərbaycan Dillər Universitetini  beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.  Hazırda  "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində beynəlxalq münasibətlər üzrə magistr təhsili alır.


Qara  Əli  SEYFƏDDİNOĞLU,
Stenford Universitetinin tələbəsi

1983-cü ildə Naxçıvan şəhərində anadan olub.  2000-ci ildə Naxçıvan Türk Liseyini  əla qiymətlərlə başa vurub. 2005-ci ildə Türkiyənin Boğaziçi Universitetini siyasət elmi və beynəlxalq münasibətlər ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2005-2007-ci illərdə ABŞ-ın Corstaun Universitetində Avrasiya və Rusiya üzrə regionşünaslıq ixtisası üzrə magistr təhsili alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində  ABŞ-ın Stenford Universitetində biznesin idarə olunması, iqtisadiyyat və informasiya texnologiyaları ixtisası üzrə magistr təhsili alır.


Vüsal KƏRİMOV,
Yel  Universitetinin  tələbəsi
 

1983-cü ildə Naxçıvanda anadan olub.  2000-ci ildə Naxçıvan Türk  Liseyini  əla qiymətlərlə bitirib. 2005-ci ildə Türkiyənin  Ankara  Universitetini  beynəlxalq münasibətlər ixtisası  üzrə  bitirərək bakalavr dərəcəsi alıb.  2005-2006-cı illərdə İsveçin Lund Universitetində beynəlxalq siyasət (Avropa siyasəti) ixtisası üzrə magistr təhsili alıb.  Hazırda  "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində  Amerika Birləşmiş Ştatlarının Yel Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr  təhsili alır.


Sənan EMİNOV,
London İmperial Kollecinin tələbəsi

1987-ci ildə Bərdə şəhərində anadan olub. 1994-2000-ci illərdə Bərdə şəhər 3 nömrəli məktəbdə, 2000-2005-ci illərdə Mingəçevir Özəl Türk Liseyində təhsil alıb.  O, 2000-ci ildə Ankaradakı Orta Doğu Texniki Universitetinə daxil olub, orada bir il təhsil alandan sonra  Almaniyanın  Bremen şəhərindəki Yakobs Universitetinə dəvət alıb və 2010-cu ildə həmin universiteti uğurla başa çatdıraraq iki ixtisas üzrə diplom alıb.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Böyük  Britaniyanın London  İmperial Kollecində kimya ixtisası üzrə doktorantura təhsili alır.


Elnur BABAYEV,
Yel  Universitetinin  tələbəsi

1987-ci ildə Sumqayıtda anadan olub.  2005-ci ildə 23 nömrəli tam orta məktəbi  əla qiymətlərlə bitirib.  2011-ci ildə İstanbul  Universitetinin Cərrahpaşa tibb fakültəsini həkimlik ixtisası üzrə başa vuraraq baza ali təhsili alıb. 2012-ci ildə Böyük Britaniyanın Oksford Universitetində  kliniki embrioloq ixtisası üzrə magistr təhsilini fərqlənmə dərəcəsi ilə başa vurub.   Hazırda  "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Yel Universitetində elmi-tədqiqatçı (ixtisasartırma)  ixtisası  üzrə təhsil alır.


Şahin ABBASOV,
Kembric Universitetinin tələbəsi 

1991-ci ildə Bakıda anadan olub.  2009-cu ildə Bakıdakı 151 nömrəli tam orta məktəbi  əla qiymətlərlə başa vurub.  2013-cü ildə Böyük Britaniyanın  London Universitetini hüquq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2014-cü ilin noyabrından  "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Böyük  Britaniyanın Kembric Universitetində hüquq  ixtisası üzrə magistr təhsili alır.


Cəmil  ABDULLAYEV,
London İmperial Kollecinin tələbəsi

1993-cü ildə Bakıda anadan olub.  2011-ci ildə Bakıdakı 219 nömrəli tam orta məktəbi  əla qiymətlərlə bitirib.  2011- 2014-cü illərdə London  İqtisadiyyat Məktəbinin  hüquq fakültəsində  bakalavr təhsili alıb. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində  biznesin idarə olunması ixtisası üzrə magistr təhsili alır.


Nərmin TALIBOVA,
London İmperial Kollecinin tələbəsi

1986-cı ildə Bakıda anadan olub.  2004-cü ildə Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirib.  2010-cu ildə Azərbaycan Tibb Universitetini  müalicə işi  ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində pediatriya ixtisası üzrə magistr təhsili alır.


Əsgər CAVADOV,
Oksford Universitetinin tələbəsi
 

1989-cu ildə Salyan şəhərində anadan olub.  2006-cı ildə  Şirvan  Özəl  Türk Liseyini  əla qiymətlərlə bitirib. 2011-ci ildə Qafqaz  Universitetini  sənaye mühəndisliyi  ixtisası  üzrə  bitirərək  bakalavr  dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində  kompüter elmləri ixtisası üzrə  magistr  təhsili alır. 

 Hazırladı: Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov