Noyabrın
18-də ADMİU-da Belarus Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin sosiomədəni fəaliyyətin menecmenti
kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə
"Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq
meyarları: müasir tələblər və formalaşmış ənənələr"
mövzusunda seminar keçirilib. Əsasən aidiyyəti üzrə
sənətşünaslıq və kulturologiya fakültələrinin
müəllim-professor və tələbələrinin iştirak etdiyi
seminarda mütəxəssis sosial-mədəni sahələrin
inkişafında fəaliyyət mexanizminin yeni
texnologiyalarının işlənməsi və kütlə tərəfindən
yeni mədəniyyətin yüksək mənimsəmə səviyyəsini
təmin edən kulturoloji maarifin effektiv təşkili
məsələlərinə toxunub. Bundan əlavə, professor
dünyanın aparıcı ölkələrində tətbiq olunan və
sosial-mədəni sahələrdə yenilikçi islahatların
keçirilməsinə yardımçı olan model və proqramların
təhlili ilə bağlı fikirlərini bölüşüb. Maraqla keçən
seminar geniş fikir mübadiləsi ilə sona çatıb. |