Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı ilk dərs

 

Böyütmək üçün şəkili seçinBakının bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı dərslərin keçirilməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə təşkil olunan dərslər mayın  4-dək davam edəcəkdir. İlk belə dərs noyabrın 18-də  276 nömrəli tam orta məktəbdə təşkil olunub.  "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda keçirilən dərsdə  adıçəkilən təhsil ocağının şagirdləri ilə yanaşı,  paytaxtın 30, 284, 297, 298 və 299 nömrəli məktəblərinin şagirdləri də iştirak ediblər.

Açılışda  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev ümummilli liderimiz haqqında dərslərin keçirilməsinin əhəmiyyəti barədə söz açaraq  yaxın tariximizin öyrənilməsi baxımından  belə dərslərin zəruriliyini vurğulayıb. Məlumat üçün bildirib ki, ümummilli lider  Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslər Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 22453 XI sinif şagirdinə keçiləcək. Bu dərslərin tədrisi ilə 150-dən çox müəllim məşğul olacaq. 

Dərslərin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin şagirdlərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər onların milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Sonra Bakıdakı 284 nömrəli tam orta məktəbin tarix müəllimi Mehriban Mahmudova "Təhsil, mədəniyyət və elm" mövzusunda geniş təqdimatla çıxış edib.  Mehriban müəllim çıxışında əbədiyaşar lider Heydər Əliyevin  hamı üçün örnək olan zəngin həyat yolu və dövlətçilik fəaliyyətindən, doğma Vətən, xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs edib.

Ulu öndər Heydər Əliyevin bütün sahələrə, o cümlədən elm və təhsilin, mədəniyyətin  inkişafına daim böyük önəm verdiyini bildirən məruzəçi bu dahi şəxsiyyətin ölməz ideyalarının əhəmiyyətini vurğulayıb.

Məruzə və mövzu ilə bağlı hazırlanmış slaydlar sagirdlər tərəfindən maraqla qarşılanıb. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov