Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Təhsil Problemləri İnstitutu növbəti uğura imza atıb

 

Böyütmək üçün şəkili seçinNoyabrın 17-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda  Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. TPİ-də məhz  bayram günündə Azərbaycan Respublikasının müəllimlərinin bir araya gəlməsinin əsas səbəbi avqust-oktyabr aylarında respublikada ilk olaraq "Elektron məktəb üçün elektron müəllim" təlim kursunun müdavimləri ilə görüş idi. Görüşdə kursu bitirmiş müdavimlərə sertifikatlar təqdim olunub. Tədbirdə  institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov iştirakçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Qeyd edib ki,  təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətində informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi xüsusi istiqamət təşkil edir. Təsadüfi deyil ki,  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da olan informasiya-kommunikasiya texnologiyalarından tədrisdə  istifadə məsələsinə geniş yer verilib. Natiq söyləyib ki, İKT-nin təhsildə tətbiqinin  gücləndirilməsinə daha çox diqqət yetirən bir çox ölkələr kimi Azərbaycanda da bu istiqamət üzrə  mühüm işlər görülür.  Artıq təcrübədə özünü doğrultmuş həmkarların öyrənmə və öyrətmə  potensiallarını təhsildə birləşdirərək peşəkar inkişafa yönəltməklə təhsilə dəstək olan Təhsil Problemləri İnstitutu növbəti dəfə uğurlu bir layihəyə imza atıb. İnstitutda ilk dəfə olaraq məsafədən (distant) olaraq  "Elektron məktəb üçün elektron müəllim" təlim kursları keçirilib.

Qulu Novruzov  təhsilverənlərin təhsilalanların maraqlarına uyğun olaraq  tədrisi daha maraqlı etməsi üçün elektron dərs resurslarının hazırlanması və internetdə milli resursların sayının artırılması zərurətindən irəli gələn bu kursun məqsədəuyğun olduğunu vurğulayıb. Bildirib ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın  yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması müddəti əsas götürülərək TPİ-də uyğun kurslara start verilib. 

"Elektron məktəb üçün elektron müəllim" təlimi Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 3 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı  müəllimlərə mühazirə, təqdimat, müzakirə, workshop, debat və  Veb texnologiyalarından istifadə kimi  təlim formatlarından istifadə olunub. 

Kursa Azərbaycanın şəhər və rayonlarından 60-dan çox təhsil işçisi qatılıb.  Müzakirələr olub, keçirilən kursla bağlı maraqlı fikirlər səsləndirilib.

Sonda institutun direktoru Qulu Novruzov kursun müdavimlərini bir daha təbrik edərək onlara sertifikatları təqdim edib.

Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, şöbə müdiri İlham Cavadov, Təlim Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov  və  Azərbaycanın bölgələrini təmsil edən 60-dan çox müəllim iştirak edib.   

Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov