"Emerson Process Management" şirkətinin Marketinq və
Tətbiqi Texnologiya üzrə vitse-prezidenti cənab Trevis
Heskesi Bakı Ali Neft Məktəbində olub.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli
yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının
Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet
istiqamət olduğunu bildirib. Rektor tədbirin "Emerson"
şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin
ilk praktik addım olduğunu iştirakçıların diqqətinə
çatdırıb. Qeyd edilib ki, bu əməkdaşlıq proseslərin
avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı
mühəndislərin hazırlanmasına, korporativ təhsilə,
ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi
vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.
Öz növbəsində, "Emerson Process Management" şirkətinin
vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə
təşəkkür edərək bildirib ki, Azərbaycan "Emerson"
şirkətinin texnologiyaları və xidmətləri üçün vacib
məkandır və şirkət bu regionda biznes fəaliyyətini
maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu
baxımdan "Emerson" şirkəti, başqa şirkətlər kimi dünya
ölkələrinin onlarla universitetləri ilə birgə təhsil
proqramları həyata keçirir, bu layihə çərçivəsində də
BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.
Sonra Trevis Heskesi BANM-in rəhbərliyi,
müəllim-professor heyəti və tələbələr qarşısında
proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin
sənayə müəssisələrində rolu və hədəflərin, "Emerson"
şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə
arxitekturası (Plant WebTM) və intellektual simsiz
cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz
idarə edilməsi haqqında geniş təqdimatla çıxış edib.
Təqdimatdan sonra "Emerson" şirkətinin nümayəndələri
tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Bundan
başqa, BANM-in seçilən tələbələrin yay təcrübəsini
Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları
olduğu iştirakçıların nəzərinə çatdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi |