Təhsil Nazirliyinin saytında (www.edu.gov.az)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təqaüdçülərini
tanıdan "Gəncliyin uğur formulu" layihəsinin baneri
yerləşdirilib.
Qeyd edək ki, layihə çərçivəsində dünyanın nüfuzlu
universitetlərində təhsil alan 6 nəfər azərbaycanlı
gəncin müsahibəsi dərc olunub. Azərbaycanlı tələbələr
müsahibələrində oxuduqları universitetlərdəki təhsil
mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək
üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək
perspektivləri barədə fikirlərini bildiriblər.
"Gəncliyin uğur formulu" layihəsi davam etdirilir. |