Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş

 

Böyütmək üçün şəkili seçinNoyabrın 17-də Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının (AİB) təhsil məsələləri üzrə nümayəndəsi ilə görüş keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin baş təhsil mütəxəssisi Cazira Asanova  və AİB-in Azərbaycanda daimi nümayəndəliyinin iqtisadçısı  Nail Vəliyevi institutlarında görməsindən məmnun olduğunu bildirib.  Görüşdə Cazira Asanova  12 illik təhsil sisteminə keçid də daxil olmaqla təhsil sektorunun inkişafı üzrə milli strategiya və fəaliyyət planları barədə söhbət açıb.  Mərkəzi və Qərbi Asiya regionunda təhsili inkişaf etdirmək məqsədilə AİB tərəfindən maliyyələşdirilən Regional Texniki Dəstək proqramında Azərbaycanın da  iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb.

Qulu Novruzov Təhsil Problemləri İnstitutunun Azərbaycanda təhsilin məzmunu ilə məşğul olduğunu və bu sahədə daim tədqiqat işləri apardığını vurğulayıb. TPİ-də  struktur dəyişiklikləri,  yeni yaradılan şöbələr və gələcəkdə görüləcək işlər barədə geniş məlumat verib. Natiq çıxışında Azərbaycan Respublikasında təhsil sahəsində həyata keçirilən uğurlu təhsil proqramları və layihələr barəsində də danışıb. İnstitutunun direktoru  bildirib ki,  Azərbaycanda 12 illik ümumi təhsilə keçid "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda strateji hədəf kimi qeyd olunub.  Hazırda 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standartları və kurikulumlarının yenilənməsi istiqamətində institutda işlər aparılır fənlər üzrə işçi qrupları ilə görüşlər keçirilir.

AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin baş təhsil mütəxəssisi  Cazira Asanova  və həmin bankın Azərbaycanda daimi nümayəndəliyinin iqtisadçısı  Nail Vəliyev görüş üçün minnətdarlıqlarını ifadə ediblər. İnstitutun direktoru Qulu Novruzov  qonaqlarla birgə qarşılıqlı əməkdaşlığa daim hazır olduqlarını bildirib.

Görüşdə ARTPİ-nin direktor müavinləri - pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, kimya üzrə fəlsəfə doktoru  Rafiq Qəndilov, institutun şöbə müdirləri Bibixanım İbadova, Almaz Həsrət, İlham Cavadov iştirak ediblər.   

Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov