Noyabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professor-müəllim heyətinin,
tələbələrinin iştirakı ilə əsas korpusunun foyesində
Dövlət Bayrağı Günü ilə bağlı foto sərgi təşkil edilib.
"Bir kərə yüksələn Bayraq, bir daha enməz" adlı foto
sərgidə əməkdar incəsənət xadimi Rövşən Quliyevin, kino
və televiziya sənəti kafedrasının IV kurs "Operator
ixtisası" üzrə təhsil alan tələbələrinin işləri nümayiş
olunub.
Daha sonra universitetin "Vernisaj" zalında elmi seminar
keçirilib. Tələbələrin çıxış etdiyi - "Azərbaycan
bayrağının günümüzdəki yeri", "Bayrağımız kimliyimiz,
varlığımız", "Suverenliyimizə gedən yol", "Ad günün
mübarək, şanlı bayrağım" mövzularında bayrağımıza olan
sevgi, hörmət, qəlbimizdə, həyatımızda olan dəyərli yeri
əks olunub.
Mətbuat xidməti |