Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə
görüş keçirilib.
ADİU-dan AzərTAc-a bildirilib ki, tədbiri giriş sözü ilə
açan bu ali təhsil ocağının tələbələrlə iş üzrə
prorektoru Səadət Qəndilova tələbələrin vətənpərvərlik
ruhunda yetişməsinin əhəmiyyətindən danışıb. Bildirib
ki, dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai
təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın
birliyinə, gənc nəslin vətənpərvərlik ruhunun daha da
gücləndirilməsinə yönəltməkdədir.
Respublika Veteranlar Təşkilatı sədrinin müavini,
ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək son
illərdə Silahlı Qüvvələrimizə inamın nəzərəçarpacaq
dərəcədə artdığını qeyd edib. Hərbiçi peşəsinin
özəlliklərindən danışan polkovnik bu şərəfli peşəyə
ümummilli lider Heydər Əliyevin böyük dəyər verdiyini
vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Silahlı
Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi
istiqamətində gördüyü möhtəşəm işlərdən, dövlətin
gənclər siyasətindən danışıb.
Tədbirdə ən müasir silahlarla təchiz edil
ən Silahlı Qüvvələrimizin qüdrətinin artması barədə
məlumat verilib.
Sonda ADİU-nun 6 tələbəsi təhsildə əldə etdiyi uğura və
universitetin ictimai işlərində fəallığına görə
təşkilatın fəxri fərmanına layiq görülüb. |