Noyabrın 11-də Sumqayıt Şəhər Təhsil Şöbəsinin şəhər
idman və gənclər baş idarəsinin birgə təşkilatçılığı
ilə X-XI sinif şagirdləri arasında Konstitusiya
Gününə həsr olunmuş "Konstitusiya və biz" adlı
test-müsabiqəsi keçirilib. Şagirdlər onlara təqdim
edilmiş 25 sualı qırx beş dəqiqə müddətində
cavablandırıblar. Münsiflər heyətinin qərarına əsasən
şəhər 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi
Səadət Həsənova I, 22 nömrəli məktəbin XI sinif şagirdi
Məhəmməd Əbdüləzizov və gimnaziyanın X sinif şagirdi
Könül Mehdiyeva II, 35 nömrəli orta məktəbin X sinif
şagirdi Nicat Adıgözəlov, 38 nömrəli orta məktəbin XI
sinif şagirdi Salman Nəbiyev və 2 nömrəli orta məktəbin
XI sinif şagirdi Tural Bədəlov isə III yerlərə layiq
görülüblər. Qaliblərə fəxri fərman və hədiyyələr
təqdim edilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |