Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Nəzəri və praktiki maarifləndirmə tədbiri

 

Noyabrın 11-də AMİ-nin Şamaxı filialında "Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə filialın direktoru T.Yusifova açaraq gələn qonaqları və iştirakçıları salamladı.  Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov  öz çıxışında tədbirin məqsədi və mərkəz haqqında məlumat verdi. Sonra FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev  "Payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran əsas vəzifələr" mövzusunda çıxış etdi. Tədbirdə respublika ərazisi, o cümlədən Şamaxı üçün xarakterik olan təbii fəlakətlər-zəlzələlər haqqında  məlumat verildi. Sonra fövqəladə  halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata ali təhsil ocaqlarının verə biləcəyi töhfələr diqqətə çatdırıldı. Tələbələri maraqlandıran suallar cavablandırıldı.

Tədbirin praktik hissəsində xilasetmə alət və avadanlıqlarının izahlı nümayişi, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsindən və s. istifadə qaydalarının əyani göstərişindən bəhs edildi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov