Naxçıvan Özəl Universitetinin Tələbə Gənclər
Təşkilatının idarəetmə və pedaqoji fakültələrinin
birgə təşkilatçılığı ilə 9 noyabr "Bayraq günü" ilə
əlaqədar tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl
Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Universitetin tədris işləri üzrə prorektoru İbrahim
Kazımbəyli çıxış edərək bu günün tarixi əhəmiyyətindən
danışmışdır.
Universitetin humanitar işlər üzrə prorektoru Əli
Yusifov ulu öndərin milli mənafelərə əsaslanan
siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini
diqqətə çatdırmış və bildirmişdir ki, Prezident İlham
Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət
atributlarını uca tutur.
Tədbirdə universitetin idarəetmə fakültəsinin dekanı,
dosent Elbrus İsayev, ali məktəbin müəllimi, tarix üzrə
fəlsəfə doktoru Mehman Şabanov, maliyyə ixtisasının III
kurs tələbəsi Rufinə Tarverdiyevanın və coğrafiya
müəllimliyi ixtisasının birinci kurs tələbəsi Samir
Ağayevin mövzu ilə bağlı çıxışları dinlənilmişdir.
Çıxışlarda bir daha vurğulanmışdır ki, Dövlət Bayrağı
Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun
hansı təməl prinsiplərinə, ideoloji sütunlara
söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil
dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini bir
daha göstərir.
Sonra tədbirin bədii hissəsi olmuşdur. Bədii hissədə
tələbələrin ifasında səslənən bir-birindən maraqlı
musiqi nömrələri, bayrağımza həsr edilmiş şeir,
şən-hazırcavablar klubunun çıxışları, hazırlanmış
videoçarx tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
Nuray ƏSGƏROVA |