Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Gəncə Dövlət Universitetində konfrans

 

Böyütmək üçün şəkili seçinNoyabrın 12-də Gəncə Dövlət Universitetində Konstitusiya gününə həsr olunmuş konfrans keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq professor-müəllim, tələbə heyətini Konstitusiya günü münasibətilə təbrik etdi.

Qeyd olundu ki, XX yüzilliyin sonunda xalqımız müstəqil, suveren Azərbaycan dövlətini yaratmağa nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin ölkədə müstəqilliyin ilk illərindəki çətinlikləri aradan qaldırmaq üçün yeni Konstitusiyanın yaranmasını tarixi zərurət hesab edirdi.

Ümummilli lider Heydər Əliyev yeni, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq istiqamətində böyük əməli fəaliyyətə başladı. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənilərək təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə keçirilən müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində - referendumda Azərbaycan Milli Konstitusiyası qəbul edildi.

Rektor Yusif Yusibov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiyamızın ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, xalqımızın milli mənəvi dəyərlərini ehtiva etdiyini də qeyd etdi.

Konfransda sosial fənlər kafedrasının baş müəllimi Qərənfil Ramazanova "Konstitusiyamız azadlığın, müstəqilliyin qarantıdır", həmin kafedranın müəllimi Yeganə Əhmədova "Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının banisidir" mövzularında məruzə etdilər. Məruzələr ətrafında çıxışlarda Konstitusiya layihəsinin müzakirələri zamanı elmi-praktik əsaslandırmalardan sonra ulu öndər Heydər Əliyevin təklifi ilə Konstitusiyaya Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olmasını təsbit edən 21-ci maddənin daxil edilməsindən və bu maddənin tarixi əhəmiyyətindən bəhs edildi.

Sonda rektor Yusif Yusibov hüquq və vəzifələrimizin rəmzi və təminatçısı olan Konstitusiyadan irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirməyin hər bir vətəndaşın şərəfli borcu olmasını, xüsusilə tələbə gənclərə Konstitusiyanın maddələrini mükəmməl öyrənmələrini tövsiyə edərək dövlətimiz və dövlətçiliyimizin rifahı naminə hamıya uğurlar arzuladı.  

Ümbülbanu HACIYEVA,
GDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov