Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı

 

Böyütmək üçün şəkili seçinNoyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib. Əvvəlcə  ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı nitqinin videolenti nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi ilə birgə reallaşdırılan layihənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliğindən ibarətdir. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pillələri  üzrə əyani təhsil alan tələbələrdən ibarət 44 komanda olmaqla 264 tələbə iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub.

Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, bu bilik yarışı formatına və məzmununa görə fərqlənir. O bildirib ki, yarış həm ulu öndər Heydər Əliyevin fəaliyyətini, həm də Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir: "Ulu öndər tarix yaratmış şəxsiyyətlərdəndir və həqiqətən də diqqət yetirsəniz, Azərbaycan tarixinin ən mühüm hadisələri məhz ulu öndərin adı ilə bağlıdır. Azərbaycan və Heydər Əliyev adları ayrılmazdır".

Münsiflər heyətinin üzvləri  Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, AMEA-nın Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov da bu yarışın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıblar.

Sonra tələbələrin yarışa hazırlığını əks etdirən qısa videoçarx nümayiş etdirilib. Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və videomateriallar əsasında araşdırma aparıblar.

Üç turdan ibarət və gərgin mübarizə şəraitində keçən yarışın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla II, Lənkəran Dövlət Universiteti isə 31 xalla III yeri tutub.

Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib. Qalib gələn və iştirakçı komandaların nümayəndələri xatirə şəkli çəkdiriblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov