Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Təhsil Problemləri İnstitutunda işçi qrupu ilə görüş keçirilib

 

Böyütmək üçün şəkili seçin Noyabrın 7-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda məktəbəqədər təhsilin kurikulumu üzrə işçi qrupunun görüşü keçirildi. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasında məktəbəqədər təhsil sisteminin əhəmiyyəti və bu sahədə aparılan islahatların əsas məzmunu barədə məlumat verdi. Görüşə qatılan işçi qrupunun tərkibində Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, MTTYM-nin icraçı direktoru Ülviyyə Mikayılova, özəl və dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər, metodistlər, müdirlər, uşaq inkişaf mərkəzlərinin rəhbərləri,  ali məktəb müəllimləri və bu sahənin alimləri təmsil olunurdu.

Görüşdə TPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, şöbə müdiri Laləzər Cəfərova, Bakı şəhəri 240 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova, Xətai rayonu 235 nömrəli  xüsusi təyinatlı körpələr evi-uşaq bağçasının müdiri Səlahət Musayeva, ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şərafət Baxışova, Bakı şəhəri 69 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Zenfira Ağayeva, "Buggy  Bug" uşaq inkişaf mərkəzinin direktoru Aysu İbrahimova, "Macik land" özəl uşaq bağçasının tərbiyəçisi Elnarə İmanova, Sumqayıt ŞTŞ-nin metodisti Gülyana Xəlilova, "Qismət" uşaq bağçasının müdiri Svetlana Mustafayeva, "Delfin" uşaq bağçasının müdiri Səbinə Rəhimova, məktəbəqədər təhsil üzrə ali kateqoriyalı metodist Kəmalə Muradova və Cəmilə Əhmədova, həmçinin TPİ-nin müvafiq şöbəsinin əməkdaşları iştirak edirdilər.

Tədbirdə iştirak edənlər məktəbəqədər təhsil sahəsində elmi-metodiki təminat və resursların çatışmazlığı, digər problemlər ətrafında çıxışlar etdilər, rəy və təkliflərini söylədilər. 

Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov